"Yuventus" yenə xalı silinə bilər.
Sportnet.az xəbər verir ki, bu gün İtaliya Futbol Federasiyasının (FIGC) məhkəməsi toplaşacaq və orada Turin klubunun futbolçuların maaşları ilə bağlı saxtakarlıq olub-olmadığ ilə bağlı işə baxılacaq.
Bu məsələdə verilə biləcək maksimum pul cəzası və ya yenidən xalların silinməsidir. Məhkəmə ikinci variantın lehinə qərar versə, o zaman "Yuventus" böyük ehtimalla 2-3 xalı silinəcək. Klub Konfrans Liqasında iştirak hüququ verən A Seriyasında 7-ci pillədə qalacaq.
Klubun avrokuboklardan kənarlaşdırılıb-kənarlaşdırılmayacağı ilə bağlı qərarı UEFA verəcək.
Xatırladaq ki, bundan əvvəl maliyyə fırıldağına görə “Yuventus”un 10 xalı silinmişdi.