Portuqaliya millisinin sabiq üzvü Luiş Nani "Melburn Viktori"dən ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Avstraliya klubunun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçinin 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça" kimi klublarda çıxış etmiş Nani ötən ilin yayından "Melburn Viktori"də oynayırdı.