Yeni mövsümdə İtaliya B seriyasında mübarizə aparacaq “Sampdoriya” Andrea Pirlo ilə razılığa gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio paylaşım edib.
Genuya klubu ötən mövsüm A seriyasında 20-ci yeri tutaraq elitanı tərk edib. Baş məşqçi Deyan Stankoviç mövsümün sonunda istefaya göndərildiyindən həmin post hazırda vakantdır.
44 yaşlı Pirlo son olaraq Türkiyədə “Fatih Karagümrük” klubunu çalışdırıb. Komanda onun rəhbərliyi altında Super Liqada 7-ci yeri tutub.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü məşqçi karyerasına “Yuventus”da başlayıb.