
Bu ay "Çelsi"dən "Əl-İttihad"a keçən Nqolo Kante Belçikanın "Royal Excelsior Virton" futbol klubunu alıb.
Sportnet.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi iyulun 1-dən "Royal Excelsior Virton"un sahibi olaraq vəzifəsinin icrasına başlayacaq.
Növbəti mövsümdə "Royal Excelsior Virton" Belçikanın 3-cü divizionunda çıxış edəcək.