“Sınaq matçı üçün yaxşı oyun oldu. Biz evdə yaxşı komandalara qarşı oynamağı çox sevirik. Hərəkət səviyyəsi, komandamızın oyunun intensivliyi xoşumuza gəldi. Əsas odur ki, zədələrdən qaça bildik. Ümumiyyətlə, dinamik bir oyun alındı. Ümid edirəm ki, azarkeşlər oyunumuzu bəyəndilər".
Sportnet.az xəbər verir ki, bu sözləri "Zenit"in baş məşqçisi Sergey Semak PARİ Premyer Kubokunda (“Matç TV Kuboku”) "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.
O, Azərbaycan Premyer Liqasında ilk üç yeri tutan "Qarabağ", "Sabah" və "Neftçi"nin iddialı komanda olduğunu bildirib: “Neftçi” oyun səviyyəsi, intensivliyi və keyfiyyəti baxımından rəqabət aparmağa imkan verir. Əlbəttə ki, ev oyununun üstünlüyü müəyyən rol oynayır. "Neftçi" yaxşı rəqibdir, onlara qarşı oynamaq heç kimə asan olmayacaq. Həm “Qarabağ”, həm də “Neftçi” avrokuboklarda oynayır. Görək, uşaqlar orada necə çıxış edəcəklər".