
"Neftçi"nin qapıçısı Aqil Məmmədov PARİ Premyer Kubokunda (“Matç TV Kuboku”) keçirilən "Zenit”ə qarşı keçirilən açılış oyunun (1:3) son dəqiqələrində huşunu itirib.
Sportnet.az istinadən xəbər verir ki, bu, 2-ci hissədə o, rəqib komandanın yarımmüdafiəçisi Vladislav Sausla toqquşma zamanı baş verib. Əvvəlcə qapıçıya meydanda köməklik göstərilib, sonra isə təcili olaraq xərəkdə meydandan çıxarılıb və xəstəxanaya aparılıb.
"Neftçi"nin məşqçisi İqor Getman matçdan sonra qolkiperin son durumu ilə bağlı deyib: "Aqil Məmmədov özünə gəlib. Hazırda xəstəxanadadır. Tomoqrafiyadan keçəcək. Amma həkimlər ciddi bir şey olmadığını bildiriblər".