Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib.
İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib.
53 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luis Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın "Roma", ölkəsinin "Selta" və "Barselona" klublarına da rəhbərlik edib.