21 yaşadək futbolçular arasında Avropa çempionatında ikinci finalçı da müəyyənləşib.
Sportnet.az xəbər verir ki, növbəti yarımfinal matçında İspaniya və Ukraynanın müvafiq yaş qruplarından ibarət komandaları üz-üzə gəliblər.
Görüş ispanların 5:1 hesablı darmadağını ilə yekunlaşıb.
Bu nəticə ilə finala yüksələn İspaniya millisi həlledici matçda İngiltərə ilə qarşılaşacaq.
Qeyd edək ki, iyulun 8-də, saat 20:00-da başlayacaq final matçı Gürcüstanın Batumi şəhərində oynanılacaq.