
"İnter"dən azad agent kimi ayrılan slovakiyalı müdafiəçi Milan Şkrinyar rəsmən PSJ-yə keçib.
Sportnet.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Tərəflər 5 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Şkrinyar 2017-ci ildən "İnter"də oynayırdı. O, bu yay Milan təmsilçisindən ayrılıb.