
"Barselona"nın baş məşqçisi Xavi komandanın 2023/24 mövsümü üçün hədəflərindən danışıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasını qazanmaq üçün mübarizə aparacaqlarını deyib:
"Barselona"da hər zaman 10-dan 10-u əldə etməyi çalışmalısan. Hər kəs bizdən çox şey tələb edəcək və bu, yaxşı deyil. Mən tələbləri sevirəm. Bütün kubokların ardınca getmək istəyirik. Çempionlar Liqasında revanş almaq üçün yaxşı vəziyyətdəyik.
Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Bizim üçün 1/8 və ya 1/4 final yoxdur, favorit olmasaq da, finala can atırıq".
Qeyd edək ki, ötən mövsüm "Barselona" İspaniya kubokunu qazanaraq ölkə çempionu olub.