“Srvena Zvezda” ilə oyun bizim üçün yaxşı alınmadı. Çünki rəqib daha aqressiv və sürətli idi. Biz də öz növbəmizdə çoxlu sadə toplar itirdik və bundan sonra onlar əks-hücuma keçdilər”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “PARI Premeyr Kuboku”nda “Srvena Zvezda” ilə oyundan (0:4) sonra “Matç TV”yə müsahibəsində deyib.
- Bu oyunla bağlı komandanız üçün müsbət nəsə var?
- Belə demək olar ki, fiziki durumumuz üzərində çalışırıq.
- “Neftçi”yə turnir zamanı qoşuldunuz. Formanızı necə qiymətləndirirsiniz?
- Komanda ilə cəmi üç gün məşq etmişdim. Bir az çətin oldu. Amma buna qədər fərdi məşq edirdim, formamı saxlamağa çalışırdım. 45 dəqiqə oynadım, amma yaxşı vəziyyətdə olmaq üçün hələ də çox çalışmalıyıq.
- Ümumiyyətlə, “PARI Premyer Kuboku”nu necə dəyərləndirirsiniz?
- Yaxşı turnirdir. Təəssüf ki, baş məşqçimiz olmadığına görə hazırlıqsız gəlmişik. Psixoloji və fiziki olaraq bir az bizə çətindir. Ümid edirəm ki, hər şey tezliklə həll olunacaq və biz daha yaxşı oynayacağıq. Təşkilatçılığa gəlincə, hər şey qaydasındadır. Düzdür, “Qazprom Arena”da daha çox oynamaq istərdim (gülür). Təki belə turnirlər daha çox olsun.