"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda bu axşam səfərdə Cəbəllütariqin "Linkoln" komandası ilə qarşılaşacaq.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi meydana tam heyətlə çıxacaq.
Bildirilir ki, hazırda komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, "Viktoriya" stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında cavab görüşü iyulun 19-u tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
Ağdam təmsilçisi bu rəqibi keçə bilsə, növbəti mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.