“Barselona” qapıçısı Mark-Andre ter Ştegenlə müqaviləni uzatmaq istəyir.
Sportnet.az xəbər verir ki, tərəflər 2028-ci ilə qədər yeni müqavilə üçün danışıqlara başlayıb. Almaniyalının hazırkı müqaviləsi 2025-ci ildə başa çatır.
Qeyd edək ki, ter Ştegen 2014-cü ildən “Barsa”da çıxış edir.