
"Mançester Siti"nin müdafiəçisi Kallum Doyl "Lester"ə keçir.
Sportnet.az xəbər verir ki, futbolçu icarə əsasında "tülkülər"in düşərgəsinə qoşulacaq. Artıq tərəflər qarşılıqlı razılıq əldə edib.
Doyl ötən mövsümü "Koventri"də oynayıb.
19 yaşlı futbolçu "Mançester Siti" yetirməsidir. O, "Sanderlend"in də formasını geyinib.