“Nitsa” yarımmüdafiəçisi Aaron Remzi ilə yolları ayırıb.
Sportnet.az xəbər verir ki, 32 yaşlı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Remzi 2022-ci ilin yayında Fransa Liqa 1 klubuna transfer olunmuşdu. Uelsli futbolçu ötən mövsüm komandanın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.