
“İnter” “Çelsi”nin hücumçusu Romelu Lukakunun hüquqlarını satın almayacaq.
Sportnet.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi bu qərarı belçikalının “Yuventus”la danışıqlar apardığını öyrəndikdən sonra verib.
Səudiyyə Ərəbistanı və Yuventus klubları Lukaku üçün yeganə variant olaraq qalır.
Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib. O, meydana çıxdığı 37 oyunda 14 qol və 7 assistlə fərqlənib.