"Sumqayıt"ın belaruslu sabiq baş məşqçisi Aleksey Baqa ölkəsinin "Dinamo" (Minsk) klubunun Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibi olan "Neftçi" haqda danışıb.
Sportnet.az xəbər verir ki, o, Belarusu "football" nəşrinə müsahibəsində deyib ki, "Neftçi" güclü rəqib olsa da, "Dinamo" üçün keçilməz deyil:
"Dinamo" üçün asan olmayacaq. "Neftçi"də yeni məşqçilər korpusu var. Komandada çoxlu ispandilli legionerlər oynayır. Əvvəl Türkiyə Superliqasında oynayanlar da az deyil. Amma unutmayaq ki, insanlar hər yerə çox ağır şərtlər altında hərəkət edir. Bu, həm idman həyatına, həm də gündəlik həyata aiddir. Amma "Neftçi" "Dinamo" üçün keçilməz komanda deyil".
Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dinamo” (Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.