Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün 3-cü yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, bu, “qırmızı-qaralar”ın qardaş ölkədəki hazırlıq prosesində son sınağı olub. Toplanışın 9-cü günündə meydana çıxan Elmar Baxşıyevin yetirmələri Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Əyyub Allaş və Osama Xalayla (2) vurub.
Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.