UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu almaniyalı hakimlər idarə edəcək.
Sportnet.az xəbər verir ki, avqustun 2-də keçiriləcək cavab matçı Sven Yablonskiyə həvalə olunub.
Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.