
“Qarabağ”ın güclü tərəfləri çoxdur - yüksək pressinq, topla davranış, təkbətək mübarizə. Biz buna hazırıq”.
Sportnet.az xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
33 yaşlı mütəxəssis Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib.
O, mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağımız üçün şadıq. “Qarabağ” uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Ancaq biz də “Rakuv”un əsl gücünü göstərməyə çalışacağıq. DNT-mizi, keyfiyyətimizi, güclü tərəflərimizi göstərmək istəyirik. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”.
Şvarqa yanvarda Antalyada “Qarabağ”la yoxlama görüşü keçirdiklərini və 3:0 hesablı qələbə qazandıqlarını xatırladıb: “Qarabağ”la keçirdiyimiz yoxlama görüşü rəqibin keyfiyyətini görmək imkanı verdi. Təhlillərə ehtiyac var. Bu, nəticə çıxarmağa imkan verir. Meydanda rəqabət aparanda rəqib barədə tam təsəvvür yaranır”.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.