
Çempionata hazırlığı davam etdirən “Kəpəz” bu gün yoxlama oyununda əvəzedicilərlə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Gəncə şəhər stadionunun ehtiyat meydançasında reallaşan matç Azər Məmmədovun komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurub.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 1-ci turunda "Neftçi"ni qəbul edəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.