“Neftçi” klubu və “Braun” markası arasında əməkdaşlıq müqaviləsinin müddəti bir il uzadılıb.
Sportnet.az xəbər verir ki, tədbirdə “Braun” brendinin nümayəndəsi İrakli Qabriadze, “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev və jurnalistlər iştirak ediblər.