
İspaniyanın "Barselona" klubu futbolçusu Serjinyo Desti icarəyə verib.
Sportnet.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Niderlandda PSV-nin formasını geyinəcək.
Müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Eyndhoven təmsilçisi ABŞ-dan olan oyunçunu almaq hüququna malikdir.
Qeyd edək ki, Serjinyo Dest 2019-cu ildə "Ayaks"dan "Barselona"ya keçib.