21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyunun 7-də Bratislavada Slovakiya, 4 gün sonra isə Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 25 futbolçu dəvət alıb. İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra - iyunun 3-də kollektivə qoşulacaqlar.
Yığmanın heyəti: Amin Ramazanov, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”), Xəyal Fərzullayev (“Sumqayıt”), Yusif İmanov, Seymur Məmmədov, Xəyal Əliyev (hamısı “Sabah”), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli (hamısı “Şamaxı”), Eşqin Əhmədov, İbrahim Ramazanov, Şahin Şahniyarov (hamısı “Qəbələ”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Abdulla Rzayev, Mirəli Əhmədov, Ramin Nəsirli (hamısı “Araz-Naxçıvan”), Rüfət Əhmədov, Mahir Həsənov (hər ikisi “Kəpəz”), Rüfət Abbasov, Elcan Əbilov, Ağadadaş Salyanskiy (hamısı “Neftçi”), Murad Vəliyev (“Nomme Yunayted”, Estoniya), Fərid Yusifli (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (“Səbail”) .
Qeyd edək ki, Slovakiya ilə matç Senets Məşq Mərkəzində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. “Liv Bona Dea Arena”da oynanılacaq Azərbaycan – Bolqarıstan qarşılaşması isə saat 20:00-da başlayacaq.