"Avropa çempionatında, təbii ki, Türkiyəyə azarkeşlik edəcəyəm".
Sportnet.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov Almaniyada keçiriləcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.
Mütəxəssis Türkiyə yığmasının oyununu səbirsizliklə gözlədiyini bildirib: “Hamımız ürəkdən azarkeşlik edəcəyik. Favorit olaraq isə Fransa və Almaniyanı görürəm. Düzdür, İtaliya və İspaniya da var, onları da unutmaq olmaz. Amma daha çox Fransa və Almaniyanı qeyd edərdim”.
Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.