
Azərbaycanın "Araz” futzal komandası UEFA Kubokunun əsas mərhələsində həlledici oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyada təşkil olunan VIII qrupun 3-cü turunda meydan sahibi "Deva” ilə üz-üzə gəlib.
İlk matçda Bosniya və Herseqovina çempionu "Mostar”ı 5:2, ikinci görüşdə Maltanın "Sent Endryus” komandasını 6:4 hesabı ilə məğlub edən "Araz” bu dəfə məğlubiyyətlə üzləşib - 3:6.
Bununla da liderliyi əldən verən Azərbaycan çempionu elit-raunda vəsiqə qazana bilməyib.
Qeyd edək ki, elit-raunda yalnlz qrupda 1-ci yeri tutan kollektivlər yüksəlir.
Futzal üzrə UEFA kuboku
Əsas mərhələ, B yolu
VIII qrup, III tur
14 oktyabr