
Qazaxıstan 2027-ci ildə UEFA Konfrans Liqasının finalını və ya UEFA Super Kubokunu qəbul etməyə hazır olduğunu rəsmən açıqlayıb.
Sportnet.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının (QFF) prezidenti Murat Ozarov artıq müvafiq ərizənin UEFA-ya göndərildiyini bildirib.
Mümkün məkan qismində isə Astana və Almatı göstərilib.
Omarov Qazaxıstanın UEFA Konqresini, habelə, U-19 və U-21 Avropa çempionatlarını təşkil etməyə hazır olduğunu da diqqətə çatdırıb.