1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəqib qapıçı keçilməz oldu"
"Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir. Nəticə özlüyündə hər şeyi deyir". Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Avropa çempionatının final mərhələsində Serbiyanın Belqrad şəhərində İtaliya ilə oyundan (0:3) sonra əcnəbi mütəxəssis nəticəyə baxmayaraq, bədbin olmadığını bildirib: "Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı əla oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu".
Qeyd edək ki, millinin növbəti rəqibi Çexiya yığması olacaq. Görüş fevralın 5-də baş tutacaq.