1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Almaniya ilə matçda möcüzə baş verə bilər"
"Qətərlə oyunu heç bir telekanal göstərməsə də, millinin qələbə qazandığını eşitmək sevindiricidir". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Elmar Baxşıyev deyib.
Yığmamızın martın 9-da Qətərlə yoldaşlıq matçında 2:1 hesablı qələbəsini şərh edən veteran futbolçu bildirib ki, qələbə hər zaman oyunçulara özünə inamı artırır: "Qətər millisi də güclü komandadır. Onları səfərdə məğlub etmək asan məsələ deyildi. Ancaq bizim milli bunun öhdəsindən gəldi. Bu qələbə Almaniya ilə oyunöncəsi futbolçularda ruh yüksəkliyini artıracaq”.
"Xəzər Lənkəran”, "Qəbələ” və "Neftçi” klublarında kapitan sarğısı daşımış Baxşıyev yığma komandamızın Almaniya ilə görüşdə möcüzə edə biləcəyinə inandığını dilə gətirib: "Futbolda hər zaman möcüzələr baş verir. Sadəcə, milliyə inanmaq lazımdır. Almaniyanın gücü hamıya məlumdur. Millimiz üçün ağır olacaq. Ancaq inanıram ki, komandamız layiqli oyun nümayiş etdirəcək. Heyətimiz də cavanlardan qurulub. Bu da gələcəyə ümidlə baxmağa imkan verir”.