“İlk oyunu təhlil edib səhvlərimiz müəyyənləşdirdik. Etiraf edək ki, birinci oyunda çox səhvlərimiz oldu. Bunun nəticəsində meydanı məğlub tərk etdik. Daha sonra ikinci oyuna hazırlaşdıq. Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, ilk hissədə aldığımız qırmızı vərəqə planlarımız pozdu. 60 dəqiqədən çox azlıqda oynamağımıza baxmayaraq, sonadək mübarizə apardıq. Qələbə qazana bilməsək də, məğlub da olmadıq. Xarakter nümayiş etdirən komandama təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov “Dalğa Arena”da Türkiyə ilə qolsuz bərabərə qaldıqları yoxlama oyunundan sonra deyib.