Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan klub rəhbəri Əziz Yıldırıma təbrik məktubu göndərib. Sportnet.az-ın məlumatına görə, ölkə prezidenti "Fənərbağça"nın basketbol komandasının çempion olması münasibəti ilə "sarı-lacivərdli" cameəni təbrik edib.
Təbrikdə deyilir: "2015/2016 mövsümünün çempionu olması münasibətilə başda rəhbərlik, texniki heyət və basketbolçular olmaqla, bütün "Fənərbağça" camiəsini təbrik edir və uğurların davamının gəlməsini diləyirəm".