
Azərbaycanın aerobika gimnastları Fransanın Tuluza şəhərində keçirilən beynəlxalq turnirdə medallar qazanıblar.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastik Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medal qazanıblar.
Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medalın sahibi olub.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçıları sırasında yer alıb.