1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıdakı Dünya Kubokunda medal olmadı
Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku başa çatıb. Sportne.az-ın məlumatına görə, kişilər arasında fərdi çıxış proqramında qalib adına Olimpiya Oyunlarının gümüş medalçısı, rusiyalı Dmitriy Uşakov layiq görülüb.
O, həmçinin sinxron cütlüklər arasında Nikita Fedorenko ilə birlikdə qızıl medala sahibi olub. Fərdi çıxış proqramında gümüş və bürünc medallar müvafiq olaraq Vladislav Qonçarov (Belarus) və Dieqo Qonçinyonun (Portuqaliya) aktivinə yazılıb. Bu iki idmançı öz tərəfdaşları ilə birgə (Belarusdan Nikolay Kazak və Portuqaliyadan Diyeqo Abreu) sinxron çıxış proqramı üzrə də nəticələrini təkrar ediblər.
Qadınlar arasında fərdi çıxış proqramının finalında belaruslu idmançılar - Hanna Harçonak qızıl, Tatyana Petrenya isə gümüş medal qazanıb. Böyük Britaniya təmsilçisi Ketrin Driskol isə fəxri kürsünün 3-cü pilləsini tutub.
Sinxron çıxış proqramında ilk üçlüyə Belarusdan olan Hanna Harçonak və Tatyana Petrenya başçılıq edir. Onların ardınca isə ukraynalı Natalya Moskvina və Marina Kiyko və rusiyalı Yana Pavlova və Viktoriya Voronina gəlir.
Azərbaycan yığma komandasında kişilərdən İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, qadınlardan isə Svetlana Makştarova və Sabina Zaytseva çıxış edib.
Qeyd edək ki, Azərbaycan ilk dəfə ölkəmizdə cəmi iki ildir ki inkişaf edən batut gimnastikası üzrə yarışların üç final mərhələsində təmsil olunub. Finalda ən yaxşı nəticəni sinxron cütlük Dmitriy Fedorovskiy və Ruslan Ağamirov göstərdib. Onlar medalın bir addımlığında qərarlaşıblar - 4-cü yer.