2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, fransalı idman gimnastı Samir Ait Səid təsnifat mərhələsi zamanı ayağından ciddi zədə alıb.
O, dayaqla tullanma hərəkətini yerinə yetirərkən, yerə uğursuz düşüb. 27 yaşlı idmançının ayağının iki yerdən qırıldığı müəyyənləşib.
Qeyd edək ki, bu, Samir Ayt Səidin ikinci zədəsidir. 2012-ci il London olimpiadasından öncə Fransanın Monpelye şəhərindəki turnirdə eyni hərəkəti yerinə yetirərkən, onun sağ ayağı qırılıb.