1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fərid Qayıbovu o əvəzlədi
Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 30-cu iclasında federasiyanın yeni baş katibi seçilib.
AGF-dən Sportnet.az-a verilən məlumata görə, Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu baş katib vəzifəsindən azad olunması ilə bağlı icraiyyə komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək təsdiqlənib.
AGF-də baş katib vəzifəsinə 2007 - 2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günədək müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.
N.Məmmədzadə 1979-cu ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə filologiya fakültəsində təhsil alıb, 2003-cü ildə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini əldə edib.