Fransanın Tye şəhərində bədii gimnastika üzrə ənənəvi Qran Pri yarışlarının final mərhələləri keçirilib.
Sportnet.az xəbər verir ki, bir neçə gündür davam edən mübarizənin sonunda Azərbaycanın qrup hərəkətləri komandası gümüş medal qazanıb. Aliyə Paşayeva, Siyana Vasilyeva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın “Çəhrayı Bəbir” musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23.950 xalla dəyərləndirilib. Ukrayna qızıl, Rusiya bürünc medala sahib olub.
Çoxnövçülükdə Azərbaycanın qrup komandası 13 ölkə arasında 5-ci olub. Fərdi yarışda isə Ağamirova 4 alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən sıralamada 15-ci olub.