
"Bütün finallara çıxacağıma inanıram. Amma əsas ümidim fərdi proqramla bağlıdır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə gimnastı Ayşe Begüm Onbaşı Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatındakı çıxışı barədə danışarkən deyib.
Gənclər arasında dünya və Avropa çempionu rəqabətdən çəkinmədiyini bildirib: "Yenidən Bakıda olduğum və bu yarışda çıxış etdiyim üçün xoşbəxtəm".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan Dünya çempionatı mayın 24-də başa çatacaq.