Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında 4-cü yeri tutub.
Sportnet.az-ın məlumatına görə, cütlük finalda balansla hərəkətlərdə 28.860 xal toplayıb.
Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet templə hərəkətlərdə bürünc, qarışıq hərəkətlərdə (temp və balans) gümüş, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə templə hərəkətlərdə gümüş medal qazanıb.
---------------------------------
Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı akrobatika üzrə dünya çempionatında final çıxışını edib.
Sportnet.az-ın məlumatına görə, cütlük balansla hərəkətlərdə 25.120 xala layiq görülüb və 6-cı yeri tutub.
Onlar təsnifat mərhələsində 27.520 xal toplamışdılar.