Azərbaycan gimnastları Nicat Mirzəyev və Ammar Baxşaliyev batut gimnastikası üzrə "Latvian Cup" beynəlxalq turnirində qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, milli komandanın üzvləri fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, turnir Latviyanın paytaxtı Riqada keçirilir.