İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və Kolizey İnşaatın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, artıq bütün yarımfinalçılar müəyyənləşib.
Oqtay Abdullayev - Ağabala Ramazanov qarşılaşmasında hər iki iştirakçı həm qalibi, həm də top fərqini dəqiq proqnozlaşdırıb. Lakin "Xəzər Lənkəran"ın futbolçusu bir az da uzağa gedərək, hesabı da dəqiq müəyyləşdirərək, adını "dördlər finalı"na yazdırmağı bacarıb.
Digər cütlük iştirakçıları isə Kosta Rikanın əsas vaxtda məğlub olmayacağını düzgün proqnozlaşdıra bilməyib. Nəticədə, qalib "qızıl xal" qaydalarına əsasən müəyyənləşib. Bu göstəricidə Rüstəm Rəhimovun öndə olması Tural Xudiyevin yarışla vidalaşmasını şərtləndirib.
Beləliklə, 2-ci yarımfinalda Ağabala Ramazanov (42) və Rüstəm Rəhimov (13) qarşılaşacaqlar.