İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın
informasiya dəstəyi və Kolizey İnşaatın "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ
yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün ilk finalçı
müəyyənləşəcək.
Əgər qarşılaşan
rəqiblər verəcəkləri proqnozda eyni xalı toplasalar, qalib "qızıl xal” prinsipi
ilə müəyyən ediləcək. "Qızıl xal” - iştirakçıların qrup mərhələsində,
1/8 və 1/4 finaldatopladığı xallardır. Hansı
iştirakçı rəqibinə nisbətən, daha çox xal toplayıbsa, o da üstünlük əldə
edəcək.
Əgər rəqiblərin "qızıl xallar”ı da eyni olarsa, daha çox dəqiq nəticə
proqnolaşdıran iştirakçı qalib elan olunur.
Əgər hər iki tərəfin dəqiq proqnoz sayı da eyni olarsa, qalib ¼ finalda
dəqiq nəticəni proqnozlaşdıran iştirakçı elan olunur.
Əgər ¼ finalda hər iki iştirakçı dəqiq nəticəni müəyyən edibsə, yaxud
hər ikisi dəqiq nəticəni söyləyə bilməyibsə, prioritet 1/8 finala verilir.
Əgər bütün göstəricilər eyni olarsa, qalib püşklə müəyyən edilir.
Qeyd edək ki, 1/2
finalda iştirakçı düzgün müəyyən edilmiş (bura yalnız əsas vaxt daxildir)
nəticəyə görə 60, düzgün müəyyən edilmiş qalibə 20 xal, düzgün müəyyən
edilmiş top fərqinə görə (qalibi düzgün müəyyən etmək şərti ilə) 40 xal əldə edəcək.
Tahir Hümmətov (34) (jurnalist) – 1:1