İdman
Araşdırmalar Mərkəzinin təşkilatçılığı və Kolizey İnşaatın sponsorluğu ilə davam edən FUTPROQNOZ yarışmasının
yarımfinalçısı Tahir Hümmətovun Sportnet.az-a müsahibəsi
- FUTPROQNOZ yarışması haqqında nə deyə bilərsiniz?
- Əla ideyadır. Çünki
indiyədək belə geniş tərkibli yarışmalar demək olar ki, baş tutmayıb. Açığı, ilk turdan sonra
mübarizənin gərgin keçəcəyini proqnozlaşdırdım. Həmin oyun günündə Cənubi Koreya
– Rusiya matçında da hesabı düzgün təxmin etməməyim əhvalımı korladı və növbəti
oyunları səbrsizliklə gözləyirdim. Nəticədə püşkdə bəxtimə düşən Rusiyanın Belçika
ilə matçının qalibini, Əlcəzairlə görüşünün dəqiq nəticəsini düzgün proqnozlaşdırmağım köməyimə çatdı və mərhələ
adladım. Buna isə yarışın əvvəlindən inanırdım.
- Jurnalistlərdən tək Siz yarımfinala gəlib çıxdınız. Bu nəticəni gözləyirdiniz?
- Ən azından 4 iştirakçı arasında olmağım yaxşı haldır. Çalışacağam ki,
sona kimi irəliləyim. Ötən mərhələdəki nəticəmə gəlincə, Braziliyanın qalib
gələcəyi gözlənilən idi. Kolumbiyanın da qol vuracağına inanırdım. Həm də həmin
oyunda mənə yalnız dəqiq nəticəni tapmaq sərf edirdi ki, bunu da bacardım.
- Hesabı əvvəldən düşünürdünüz, yoxsa biz soruşduqda cavablandırırdınız?
- Hesabı əvvəldən düşünürdüm. Çünki
qrupda zəif Rusiya ilə mübarizə apardıqdan sonra bu dəfə Braziliya ilə oynayırdım.
- Əliyar Ağayevlə rəqib olmaq necə hissdir? Sizcə, qalib ola biləcəksiniz?
- İAM-ın təşkilatçılığı ilə keçirilən yarışma start götürən gündən öz qrupumuzla yanaşı, digərlərini də yaxından izləyirəm. Həqiqətən, maraqlı keçir və hər gün kimin liderliyə yüksəldiyini, kimin hansı proqnozu verdiyini diqqətlə izləmişəm. Bilirəm ki, Əliyar Ağayev də qrup mərhələsini uğurla adlayanlar sırasındadır. Ədalət təmsilçisi ilə xallarımız eyni olduğundan kimin finala çıxacağını demək də çətindir. Həmçinin, bizim eyni hesabı təxmin etməyimiz də mümkündür.
-Bu yarışma Sizə nə qazandırdı, ümumi layihəni necə dəyərləndirərsiniz?
-Layihəni yüksək qiymətləndirirəm və bunun davamlı
olmasını istərdim. Yarışmanın mənə nə qazandırdığına gəlincə, bunu qalib
gəldikdən sonra deyə bilərəm.
Sevinc XANQIZI