O deyib: "Ana tərəfim Şuşadan, atam isə Qəbələdəndir. Azərbaycan daxilində keçirilən yarışların nəticələrini əhəmiyyətli saymıram. Çünki istənilən komandanın qələbəsi özünün uğurudur və ölkə adına heç bir şey qazandırmır. Beynəlxalq arenada isə klublarımız qələbə qazandıqda, Azərbaycanın adını ucaldırlar. Təəssüf ki, indiyədək heç bir klubumuz böyük zəfər əldə etməyib”.
F.Kərimova valideynlərinin doğulduğu məkanları təmsil edən "Qarabağ" və "Qəbələ"nin Çempionlar Liqası və Avropa Liqasındakı çıxışlarından xəbərsiz olduğunu da əlavə edib.