Gənclər və İdman Nazirliyinin 2014-cü ilin yekunları ilə əlaqədar bu gün "Buta Palace"da keçirəcəyi təntənəli mərasimdə təqdim edəcəyi mükafatların sahibləri müəyyənləşib. Sportnet.az xəbər verir ki, nazirlik bu dəfə cəmi 3 nominasiya üzrə qalibləri təltif edəcək.
İlin klubu adına "Qarabağ", yığma komandası adına isə voleybolçu qadınlardan ibarət Azərbaycan millisi layiq görülüb. İlk "10-luğ"a isə aşağıdakı idmançılar daxil olub: Hacı Əliyev (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Yelena Vıstropova (boks), Xetaq Qazyumov (sərbəst güləş), Radik İsayev (taekvondo), Fərid Mayılov (kunq-fu), Rəsul Çunayev (Yunan-Roma güləşi), Elmar Qasımov (cüdo), Marina Durunda (bədii gimnastika), Eduard Məmmədov (kikboksing).
Qeyd edək ki, saat 18:00-da başlanacaq mərasimə gənclər və idman naziri Azad Rəhimov başda olmaqla, idman ictimaiyyətinin nümayəndələri qatılacaqlar.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |