1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Noyer Ronalduya qalib gəldi
Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) 2014-cü ilin ən yaxşılarını müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, ilin ən yaxşı qadın idmançısı adına dünyanın bir nömrəli tennisçisi Serena Uilyams layiq görülüb.
Kişilər arasında isə bu ad Almaniya yığmasının və "Bavariya"nın qapıçısı Manuel Noyerə verilib. 91 ölkənin jurnalistləri arasında keçirilmiş səsvermə nəticəsində Uilyams səslərin 21,43 faizini, Noyer isə 14,84 faizini yığıb. Almaniyalı qolkiper 12,79 faiz səslə üçüncü olan Kriştianu Ronaldunu da qabaqlaya bilib.
2014-cü ilin ən yaxşı komandası futbol üzrə dünya çempionu olmuş Almaniya yığması sayılıb. 39,36 faiz səs yığan Bundestim Çempionlar Liqasının qalibi İspaniya "Real Madrid"ini 26,81 faiz səs çoxluğu ilə qabaqlayıb.
İlin ən yaxşı idman hadisəsi 23,43 faiz səslə DÇ-2014 hesab edilib. Braziliyadakı mundial Soçi Qış Olimpiya Oyunlarını 4,06 səs üstələyib.