İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında bütün yarımfinalçılar müəyəynləşib. Sportnet.az-ın məlumatına görə, 1/4 finalın son oyun günündə 2 iştirakçının adına aydınlıq gəlib.
Gecənin uğurlu iştirakçılarından biri "Fanat.az"ın əməkdaşı Ceyhun Əliyevdir. Yaşar Seyidovla mübarizə aparan Əliyev bu dəfə hesabı doğru təxmin etməsə də, ilk oyunun nəticəsinə əsasən yarımfinala yüksələn tərəf olub. O, ilk oyunda top fərqini düzgün tapmışdı. Yaşar Seyidov aktivinə xal yaza bilməyib.
İtaliya "Yuventus"unu təmsil edən FİFA referisi Əliyar Ağayevin Qafqazinfo.az saytındakı həmkarımız Elsevər Məmmədovla duelində isə bu dəfə də xal qazanan olmayıb. Çünki hər iki tərəf nəticəni düz tapmayıb. Lakin Ağayev ilk oyundakı proqnozuna uyğun olaraq, yarımfinalda yoluna davam edəcək. O ilk oyundə nəticəyə ən yaxın hesabı təxmin etmişdi.
Elsevər Məmmədov (Qafqazinfo.az): "Monako" - "Yuventus" - 2:0
Əliyar Ağayev (FİFA referisi): "Monako" - "Yuventus" - 2:1
İlk oyun - 0:0 ("Yuventus" - "Monako" - 1:0)
Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru): "Real Madrid" - "Atletiko" - 1:1
Ceyhun Əliyev (Fanat.az): "Real Madrid" - "Atletiko" - 2:1
İlk oyun - 0:1 ("Atletiko" - "Real Madrid" - 0:0)