III MDB Oyunlarında karate üzrə Azərbaycan millisinə ilk qızıl medalı Mədinə Sadıqova qazandırıb. Gənc idmançı finalda komanda yoldaşını məğlub edərək çempion olub. O, Sportnet.az-ın suallarını cavablandırıb:
– Baxmayaraq ki, qrupdakı ilk görüşünüzdə məğlub olmuşdunuz, ancaq sonra ardıcıl 3 görüşdə qalib gələrək çempion oldunuz. Bununla da karatedə ilk qızıl medalı Azərbaycana siz qazandırdınız. Bu haqda nə deyə bilərsiniz?
– Bura gəlməzdən qabaq məndən müsahibə almışdılar və orada demişdim ki, ilk qızıl medalı mən almaq istəyirəm. Şükür Allaha, bunu bacardım. İlk görüşdə özbəkistanlı rəqibə 3:4 uduzdum. Əslində buna uduzmaq da deməzdim. O rəqiblə bir-birimizi çox yaxşı tanıyırıq. Belə ağır görüş keçəcəyini bilirdik. Həm də bu çəkidə yarışın 2 ən güclü idmançısının bir-birinə qarşı döyüşü çətin keçməli idi. Daha sonra şükür Allaha, özümü toparladım, qələbələr qazandım. Finalda da öz həmyerlimə qalib gələrək çempion oldum.
– İlk görüşdə məğlub olduqdan sonra çempionluğun əldən getdiyinə dair kiçik də olsa inamsızlıq yarandı?
– Döyüşdən sonra sadəcə fikirləşdim ki, yəqin pis döyüşmüşəm. Ancaq daha sonra videoda döyüşümə baxdıqdan sonra gördüm ki, düzgün taktika ilə çıxış etmişəm. Sadəcə, bir az ilk döyüşün həyəcanı, hakim səhvi, bəxtsizlik məğlubiyyətimdə rol oynadı. Videoya baxdıqdan sonra anladım ki, bu rəqiblə finalda qarşılaşsam, ona qalib gələcəyəm.
– Finalda onunla qarşılaşıb revanş almaq istəyirdiniz, ancaq komanda yoldaşınızla qarşılaşdınız. Bəs bu necə hissdir?
– Açığı, mən Nəzrinin finala çıxacağını gözləmirdim. Onun finala çıxmasına çox sevindim. Çünki biz həm millidə, həm də klubda komanda yoldaşıyıq. Müəllimlərimiz də Seymur və Şahin Xudaverdiyevlərdir. Biz hər il Respublika çempionatının finalında qarşılaşırıq. Burada da finalda qarşılaşdıq və mən qalib gəldim. Onu da medalına görə təbrik edirəm. Həqiqətən çox gözəl çıxış etdi. Gələcək yarışlarında ona uğurlar arzulayıram.
– Çempionluğunuzu kimə həsr edirsiniz?
– 1 həftə bundan qabaq yaxın dostumu itirmişdim. Ağlamayacağam (ağlayır)… Mən demişdim ki, çempion olsam, qızıl medalı ona həsr edəcəyəm. Adı Nihaddır. Ruhu şad olsun. Bu qızıl medal onundur. Mən burada ən çox onun üçün döyüşdüm. Federasiya rəhbərliyinə, vitse-prezident Rəhman Hətəmova, baş məşqçilər – Şahin Atamov, Şahin Xudaverdiyev, köməkçi məşqçi Rəşad Hüseynov və şəxsi müəllimim Seymur Xudaverdiyevə təşəkkürümü bildirirəm. “Qara Qaplan” və AHİİTA-ya məni dəstəklədiklərinə görə minnətdaram. İnşallah, İslam Həmrəyliyi Oyunlarında və dünya çempionatında da qızıl medal qazanaram.
III MDB Oyunlarında karate üzrə Azərbaycan millisinə ilk qızıl medalı Mədinə Sadıqova qazandırıb. Gənc idmançı finalda komanda yoldaşını məğlub edərək çempion olub. O, Sportnet.az-a müsahibə verib.