1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şarapovanı yıxan dərman haqda - AÇIQLAMA
"Meldonium preparatının idmançılar tərəfindən istifadəsinə qadağa qoyulduğuna dair məlumat bizə sentyabrda daxil olmuşdu. Xəbərdarlıq edilmişdi ki, 2016-cı il yanvarın 1-dən bu preparat qadağan olunmuş dərmanlar siyahısına daxil ediləcək. Biz də bütün federasiyaları "Ehtiyatlı olun, dopinqdir" xəbərdarlığı altında məlumatlandırmışdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə deyib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycan idmançıları da meldoniumdan yararlanıb: "Meldonium ürək əzələlərinin genişlənməsinə imkan verir. Əvvəllər belə xüsusiyyətlərə malik daha bir preparat - preduktal da qadağan edilmişdi. Hər ikisi bərpaedici vasitə olduğundan, idmançıların əksəriyyəti onlardan yararlanır. Əslində meldoniumun nailiyyətlərə heç bir təsiri yoxdur. Adətən, onu məşqlərdən sonra qəbul edirlər".
İ.Rüstəmzadənin fikrincə, meldoniumun qadağan olunmasına məhz geniş istifadəsi səbəb ola bilər: "2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ölkələrin 80 faizinin idmançıları bu dərmandan yararlanıb. Bu, hamıya məlum olan faktdır. İstənilən halda, bizim işimiz qadağaya riayət etməkdir".
Qeyd edək ki, son zamanlar Rusiyanın bir çox idmançısı, o cümlədən tennisçi Mariya Şarapovanın orqanizmindən meldonium preparatı tapılıb.