1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ABŞ prezidenti olimpiadanın bayraqdarı ola bilər
2024-cü il Yay Olimpiya Oyunları ABŞ-da keçiriləcəyi təqdirdə, ölkə prezidenti Donald Tramp bayraqdar ola bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə "Los-Anceles-2024" Sifariş Komitəsinin icraçı direktoru Cin Sayks açıqlama verib.
C.Sayks bununla bağlı məktub aldığını deyib: "Həmkarlarımın birindən məktub almışam. Orada ABŞ prezidentinin 2024-cü ildə keçiriləcək olimpiadaya Los-Ancelesin ev sahibliyi üçün namizədliyini irəli sürməsini dəstəklədiyi bildirilir. Onun Olimpiya Oyunlarını sevdiyinə heç bir şübhə yoxdur. Bu səbəbdən, Los-Ancelesin ev sahibliyinə çox ciddi dəstək nümayiş etdirir. Düşünürəm ki, bu, bizim sifarişimiz üçün çox vacibdir. Hər kəs görür ki, prezidentimiz yanımızdadır. Tramp ABŞ-da keçiriləcəyi halda, 2024-cü il olimpiadasının bayraqdarı ola bilər. Düşünürəm ki, bu, bizim ölkənin olimpiadaya ev sahibliyi etmək istəyini nümayiş etdirir və çox vacib amildir".
Oyunlara Los-Ancelesdən əlavə, Fransanın paytaxtı Paris və Macarıstanın paytaxtı Budapeştin də namizədliyi irəli sürülüb.
Qeyd edək ki, əvvəllər Donald Trampın ABŞ prezidenti seçilməsinin Los-Ancelesin 2024-cü il Yay Olimpiya Oyunları uğrunda mübarizədə qələbə şanslarına mənfi təsir edəcəyi bildirilirdi. Səbəb kimi onun birmənali olmayan və sərt açıqlamaları göstərilirdi.