Macarıstanın paytaxtı Budapeşt 2024-cü il Yay Olimpiya Oyunlarına sifariş ərizəsini rəsmən geri götürüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə şəhər rəhbərliyi qərar verib.
Beləliklə, olimpiada uğrunda mübarizə Fransanın paytaxtı Parislə ABŞ-ın Los-Anceles şəhərləri arasında gedəcək.
Seçki sentyabrın 13-də Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Limada keçiriləcək Sessiyası çərçivəsində baş tutacaq.